Ev Dünya Məşhur fransız Laçın və Naxçıvana səfər edib

Məşhur fransız Laçın və Naxçıvana səfər edib

46

Məşhur fransız fotoqraf, yazıçı, rejissor Qreqori Herpe Azərbaycana səfəri çərçivəsində Laçın və Naxçıvan şəhərlərində olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfər yenidən qurulan Laçın şəhərindən başlayıb.Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində Laçın şəhərində aparılan bərpa və quruculuq işlərini möhtəşəm layihə adlandıran Qreqori Herpe yenilənmiş Laçında gördüklərindən çox təsirləndiyini və heyrətləndiyini etiraf edib. Əhalinin Laçına qayıdışını, həyatın burada canlandığını vurğulayıb, şəhərin tezliklə müxtəlif beynəlxalq festivallara və tədbirlərə ev sahibliyi edəcəyinin mümkün olduğunu söyləyib.Sonra fotoqraf Naxçıvan şəhərinə yola düşüb. Azərbaycanın qədim şəhərindəki Naxçıvanqala, Nuh türbəsi, Əshabi-kəhf, Gəmiqaya, Əlincə qalası, Möminə Xatun türbəsi, Heydər Əliyev adına məscid, Heydər Əliyev Muzeyi kimi tarixi, mədəni, dini abidələrlə tanış olub və xatirə kitablarına ürək sözlərini yazıb.

Fotoqraf məşhur Batabat gölünü və “Duzdağ” fizioterapiya mərkəzini də lentə alıb.Qreqori Herpe bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qonağı səfərdə Paris Azərbaycan Evi Təşkilatının sədr müavini, Fransada Azərbaycanın Dostları Assosiasiyasının layihə rəhbəri Mehri Quliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arif Abbasov və Aydın Mahmudov müşayiət ediblər.Qeyd edək ki, bundan öncə fransız fotoqraf Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə Qarabağda səfərdə olub. Səfərlər zamanı Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfinin apardığı bərpa-quruculuq və minatəmizləmə işlərini lentə alıb.

Əvvəlki məqalə“Real Madrid” yeni kapitanını təqdim etdi 
Növbəti məqalədəAzərbaycan millisinin üzvü “Anderlext”ə keçdi