Ev Dünya Xəzərdə baş verən zəlzələ Qazaxıstanda da hiss olunub

Xəzərdə baş verən zəlzələ Qazaxıstanda da hiss olunub

120

İyulun 4-nə keçən gecə Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.

Bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.Qazaxıstanlı seysmoloqların məlumatına görə, zəlzələnin gücü 5,8 bal olub.

Eyni zamanda Aktauda 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) yeraltı təkanlar hiss olunub.Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gecə Xəzər dənizində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Zəlzələnin gücü 5,7 bal olub. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən xəbər yayılıb

Əvvəlki məqaləKonstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların sayı açıqlanıb
Növbəti məqalədəAzərbaycan “Azersky”a görə 15-dən artıq sığorta şirkətindən ödəniş alacaq