Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışı ilə əlaqədar təntənəli tədbir keçirilib.
Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.DTX-nin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Ulu Öndərin Akademiyada ucaldılmış abidəsi ziyarət edilmiş və önünə gül dəstələri qoyulub.
Mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub.










