Ev Siyasət Bakıda Fransa müstəmləkəçiliyi əleyhinə çağırış edildi

Bakıda Fransa müstəmləkəçiliyi əleyhinə çağırış edildi

63

“2021-ci ildə Kaledoniyada keçirilən referendumu yerli əhali təxirə salmaq istəsə də, Fransa hökuməti bunun əksini israr edib”.

Bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Yeni Kaledoniya Parlamentinin sədri Rok Vamitan deyib.

O bildirib ki, nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib.

“Fransa müstəmləkəçilik siyasətini davam etdirir. Bu gün Bakıda keçirilən tədbirdə iştirak edərək, bu qanlı müstəmləkə tarixinin bir daha təkrarlanmaması üçün çağırışlar edirik”, – deyə o əlavə edib.

O qeyd edib ki, müstəmləkəçilik siyasətinə son qoyulmalıdır.

Vamitanın sözlərinə görə, Fransanı bürüyən sosial böhran ölkədə diktator hökumət olduğunun sübutudur:

“Bura irqçi cinayətləri də əlavə edə bilərik. Fransa ilk iki referendumu “boykot” edib. Fransa hökuməti xalqımızın seçiminə məhəl qoymur”, – deyə o əlavə edib.

Əvvəlki məqaləEmin Mahmudov Neftçiyə sadiq qaldı
Növbəti məqalədəBakıda yanğın olan evdə meyit aşkarlanıb