Ev Siyasət Fərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”

Fərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”

33

“Fransanın siyasəti Cənubi Qafqazda heç də davamlı sülhə xidmət etmir”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir: “Ancaq Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət ortaya qoyur”.

F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı vacib bir platformadır: “Bu Hərəkat Azərbaycanı dəstəkləyib”.

Əvvəlki məqaləRusiya Xersonu atəşə tutub, 2 nəfər ölüb, çoxlu mülki şəxs yaralanıb
Növbəti məqalədəÖlkədə sahələrdən 2 milyon tondan çox məhsul yığılıb