Ev İqtisadiyyat Ölkədə sahələrdən 2 milyon tondan çox məhsul yığılıb

Ölkədə sahələrdən 2 milyon tondan çox məhsul yığılıb

31

Azərbaycanın bölgələrində artıq 658 339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2 milyon 164 min 746 ton məhsul yığılıb.

Bu barədə 911.info.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir. Bugünədək 16 rayonda taxıl sahələrinin 90%-dən çoxunda biçin başa çatıb.

Respublika üzrə arpa sahələrinin 80 %-də biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 %-də biçin aparılıb, 333 088 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.

Hazırda biçin kampaniyasında 1 493 kombayn iştirak edir. Onlardan 627-si “Aqroservis” ASC-nin, 866-sı isə hüquqi və fiziki şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.

“Aqroservis” ASC-nin kombaynları vasitəsilə 216 848 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 441 491 hektar sahə biçilib. Taxıl biçini davam edir.

Əvvəlki məqaləFərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”
Növbəti məqalədəLvovda güclü partlayışlar: Ölənlər var