Ev Dünya Rusiya Xersonu atəşə tutub, 2 nəfər ölüb, çoxlu mülki şəxs yaralanıb

Rusiya Xersonu atəşə tutub, 2 nəfər ölüb, çoxlu mülki şəxs yaralanıb

31

Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub.

Bunu Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, əraziyə 40-ya yaxın mərmi atılıb və xüsusi yaşayış binaları hədəf alınıb.

Nəticədə 2 sakin həlak olub, çoxlu mülki şəxs yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Əvvəlki məqaləBakıda Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub
Növbəti məqalədəFərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”