Ev İqtisadiyyat Qəsdən yanğın törədən sahibkarlara subsidiyalar verilməyəcək

Qəsdən yanğın törədən sahibkarlara subsidiyalar verilməyəcək

51

“Qəsdən yanğın törədən biçənək və təsərrüfat işləri ilə məşğul olan sahibkarlara ayrılan subsidiyaların dayandırılması üçün müvafiq quruma müraciət olunub”.

Bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” ilə bağlı mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, meşə yanğınlarının qarşısını almaq üçün aidiyyəti qurumlarla iş aparılır.

“Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və ehtiyatsızlıqdan baş verir”, – deyə o qeyd edib.

Əvvəlki məqaləLəğv edilmiş “Günay Bank”ın kreditorlarının nəzərinə
Növbəti məqalədəAzərbaycan və Albaniya prezidentlərinin təkbətək görüşü keçirilib