“Belə sual səsləndirdilər ki, aşağı bal toplayan müəllimlərin taleyi necə olacaq? Bəs müəllimlərin işə qəbulu (MİQ) imtahanından yüksək bal toplayıb evlərdə vakansiya gözləyən gənc müəllimlərin taleyi necə olacaq?!
”Bu fikirləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qaziyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanı ilə bağlı təəssüratını bölüşərkən bildirib.