Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub.Müdafiə Nazirliyi rəhbərliyinin səmimi salamlarını görüş iştirakçılarına çatdıran polkovnik Abdulla Qurbani 24 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və bu illər ərzində mütəşəkkil qüvvəyə çevrilən XTQ-nin keçdiyi şanlı döyüş yolundan, onun əsgər və zabitlərinin göstərdiyi şücaət və igidliklərdən, beynəlxalq təlimlərdəki uğurlarından söhbət açıb.
Qeyd olunub ki, Azərbaycan tarixinin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında XTQ-nin müstəsna rolu olub. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müharibənin ilk günündən əsl igidlik, şücaət nümunələri göstərərək bir çox yaşayış məntəqələrini işğaldan azad edib, qoşunlarımızın irəliləməsinə şərait yaradıb, düşmən hədəflərini təyin edərək ona sarsıdıcı və dağıdıcı zərbələr vurulmasına zəmin yaradıb, Şuşaya ilk daxil olaraq Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran qruplarının sayəsində bir çox taktiki qələbələrə nail olub.Müzəffər Ali Baş Komandanın dəfələrlə qeyd etdiyi kimi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynamışdır. Bizim xüsusi təyinatlılar fədakarcasına döyüşürdülər. Bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər.Prezident İlham Əliyevin “Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndləri azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi” söylədiyi fikirlər şəhid ailələri tərəfindən alqışlarla qarşılanıb.Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov XTQ komandanlığı adından görüş iştirakçılarını salamlayıb, Vətən üçün layiqli övladlar tərbiyə etdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq edib, onların ailə üzvlərinə səmimi arzularını çatdırıb.