Ev İdman Azərbaycan yığması bədii gimnastika üzrə gənclər arasında dünya çempionatında daha bir bürünc...

Azərbaycan yığması bədii gimnastika üzrə gənclər arasında dünya çempionatında daha bir bürünc medal qazanıb

81

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanıb.

Əvvəlki məqaləAğdam şəhərində əhalinin 30 faizi fərdi evlərdə məskunlaşacaq
Növbəti məqalədəHindistanda son 40 ildə ən güclü leysan: Ölənlər var