Ev Dünya Hakan Fidan Sergey Lavrovla danışıb

Hakan Fidan Sergey Lavrovla danışıb

82

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.

Məlumata görə, danışıqlar zamanı nazirlər Ukraynadakı vəziyyət və İstanbul taxıl sazişi ətrafında son hadisələri müzakirə ediblər.

Qeyd edək ki, iyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsini uzatmaq istəyir.

Xatırladaq ki, 2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından qida və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb.

Əvvəlki məqaləHindistanda son 40 ildə ən güclü leysan: Ölənlər var
Növbəti məqalədəXİN-in əməkdaşları peşə bayramı günü 3 751 metrlik “Heydər zirvəsi”nə qalxıblar