Hindistanın paytaxtı Yeni Dehliyə 24 saat ərzində 153 mm yağış düşüb ki, bu da 1982-ci ildən bəri rekord göstəricidir.
Paytaxtda bir qadın mənzilinin tavanının uçması nəticəsində dünyasını dəyişib. Ölkənin şimalında yerləşən Racastan ştatında da leysan yağışları nəticəsində daha 4 nəfər ölüb.
Yeni Dehlidə güclü yağışlar tıxaclara səbəb olub. Hindistanın şimal-qərbində yolun bir hissəsinin çökdüyü magistralda 3 minə yaxın avtomobil qalıb.Ölkənin cənubunda da leysan yağışları yağır, hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
Hindistan Meteorologiya Departamenti intensiv yağışların bir sıra ştat və ərazilərdə davam edəcəyini gözləyir.










