Ev Siyasət XİN-in əməkdaşları peşə bayramı günü 3 751 metrlik “Heydər zirvəsi”nə qalxıblar

XİN-in əməkdaşları peşə bayramı günü 3 751 metrlik “Heydər zirvəsi”nə qalxıblar

41

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları peşə bayramı günü qürurla 3 751 metrlik “Heydər zirvəsi”nə qalxıblar.Bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları 9 iyul peşə bayramı günü qürurla “Heydər zirvəsi”nə (3 751 metr) qalxıb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, 9 iyul – diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.

Əvvəlki məqaləHakan Fidan Sergey Lavrovla danışıb
Növbəti məqalədəÖlkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı