Ev Cəmiyyət 2023-cü ildə Azərbaycanda 395 kriminal qrup zərərsizləşdirilib

2023-cü ildə Azərbaycanda 395 kriminal qrup zərərsizləşdirilib

47

“Bu il Azərbaycanda 395 kriminal qrup zərərsizləşdirilib”.

Bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında məruzəsi zamanı deyib.

Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Əvvəlki məqaləƏrdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi bəlli oldu
Növbəti məqalədəSiyarto: “Azərbaycanla qazın saxlanmasına dair müqavilə imzalamağa yaxınıq”