“Liverpul”un futbolçusu Tyaqo Alkantara karyerasını Türkiyədə davam etdirə bilər.Super Liqanın son qalibi “Qalatasaray” ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Məlumata görə, İstanbul klubu orta xətt oyunçusu üçün cəlbedici təklif irəli sürüb. Klub “Liverpul”la da ilkin danışıqlar aparıb.Alkantaranın “qırmızılar”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 18 matçda iştirak edib.