Ev Siyasət Nazir rəisi işdən çıxardı

Nazir rəisi işdən çıxardı

37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad edilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin müvafiq əmr ilə idarənin rəisi Şakir Quliyev işdən çıxarılıb.Nazirin digər əmri ilə, Şakir Quliyev 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri  təyin olunub.

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə Ceyhun Həsən oğlu Hüseynov təyin edilib. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub.

Əvvəlki məqaləŞəmkirdə narkotik saxlamaqda və yetişdirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Növbəti məqalədəAdrian Mutu “Neftçi”nin baş məşqçisi təyin olundu