“Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) və onun rəhbəri Yevgeni Priqojinin gələcək taleyi ilə bağlı razılaşmalara dair hər hansı məlumat yoxdur.
Bu sözləri jurnalistlərin suallarına cavab verən Kremlin sözçüsü Dmitri Peskov deyib.Dmitri Peskov Vladimir Putinlə Yevgeni Priqojin arasında baş tutmuş görüşün detalları barədə əlavə məlumat verə bilməyəcəyini söyləyib.
Xatırladaq ki, Y.Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.
Rusiya Prezidenti ilə “Vaqner” təsisçisi arasında konkret nə müzakirə edildiyi məlum deyil.