Ev Siyasət Numan Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Numan Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

133

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Numan Kurtulmuş Şəhidlər Xiyabanı və “Türk şəhidliyi” abidəsini də ziyarət edib. 

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti 83 dolları ötüb
Növbəti məqalədəYeni UEFA reytinqi: “Qarabağ”ın qələbəsi Azərbaycanı Slovakiyaya yaxınlaşdırdı