Ev İdman Yeni UEFA reytinqi: “Qarabağ”ın qələbəsi Azərbaycanı Slovakiyaya yaxınlaşdırdı

Yeni UEFA reytinqi: “Qarabağ”ın qələbəsi Azərbaycanı Slovakiyaya yaxınlaşdırdı

197

Çempionlar Liqasında dünən keçirilən I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın ölkələr üçün reytinq cədvəli yenilənib.

Cəbəllüttariqdə “Linkoln”a qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb.2:1 hesablı qələbə ölkəmizin aktivinə 0,250 xal əlavə edilməsi ilə nəticələnib.

Beləliklə, son beş mövsüm üçün Azərbaycanın ümumi xalı 14,500 olub.

Ölkəmiz, əvvəlki kimi, 29-cudur. Lakin 28-ci Slovakiya ilə fərq 0,125-ə enib. 30-cu Moldovanın isə 11,125 xalı var.

Əvvəlki məqaləNuman Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Növbəti məqalədəADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olundu