“Turan Tovuz”dan ayrılan Runi Evanin yeni komandası müəyyənləşib. Kamerunlu hücumçu Bolqarıstan təmsilçisi “ÇSKA 1948”ə keçib.
Məlumatı klubun saytı yayıb. Müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı forvard ötən mövsüm 16 qolla “Turan Tovuz”un bombardiri olub.