Ev İqtisadiyyat Azərbaycanda ümumi daxili məhsul artıb

Azərbaycanda ümumi daxili məhsul artıb

78

Cari ilin yanvar-iyun aylarında ölkədə 60,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

APA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.

Qeyd edək ki, ÜDM istehsalının 43,7%-i sənaye, 9,2%-i ticarət, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i tikinti, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.

Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 5 946,9 manata bərabər olub.

Əvvəlki məqaləPrezidentin xüsusi nümayəndəsi: “2026-cı ilədək Qarabağa azı 66 min sakinin geri qayıdışı nəzərdə tutulur”
Növbəti məqalədəMəhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif edildi