“Neftçi”də ayrılıq reallaşıb.
Paytaxt təmsilçisi gürcüstanlı müdafiəçi Solomon Kvirkveliya ilə vidalaşıb.31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü keçən ilin yayından “ağ-qaralar”ın formasını geyinirdi. Onun “Neftçi” ilə 2024-cü ilin yayınadək sözləşməsi var idi.










