Ev Dünya Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı

Brüsseldə keçiriləcək üçtərəfli görüşün günü və saatı açıqlandı

60

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alır.

Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacaq.  

Bundan əvvəl bildirilirdi ki, görüş iyulun 21-də keçiriləcək.

Əvvəlki məqaləBu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönəcək
Növbəti məqalədəAzərbaycanın idxal etdiyi buğdanın qiyməti kəskin azalıb