Ev İqtisadiyyat Azərbaycanda dövlət qurumu Dünya Bankına borcunu bağlayıb

Azərbaycanda dövlət qurumu Dünya Bankına borcunu bağlayıb

110

Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8% azdır.Hesabat dövründə “Azərsu”nun Dünya Bankına borcu 100% azalıb. Belə ki, qurum ötən il banka 3,843 milyon manat borc qaytarıb.Səhmdar cəmiyyətin Maliyyə Nazirliyinə borcu 8,3% artaraq 160,813 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,1% azalaraq 52,759 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 18,4% azalaraq 26,507 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 7,9% azalaraq 15,25 milyon manat olub.

Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz və illik 1%-lə, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.

Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyət 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

Əvvəlki məqaləTürkiyədə tarixi Qalata qülləsinə 15 iyul şəhidlərinin şəkilləri proyeksiya edilib
Növbəti məqalədəQeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb