Ev Cəmiyyət DİM: “İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur” 

DİM: “İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur” 

205

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Mərkəzdən verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub.İmtahanda iştirak etmək üçün 1 134 namizəd qeydiyyatdan keçib.İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir.

Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.

Əvvəlki məqaləDünya Qadın Seriyası: “Neftçi”nin növbəti mərhələdəki rəqibləri bəlli olub
Növbəti məqalədəXaçmazda 33 yaşlı kişi intihar etdi