Ev İdman Dünya Qadın Seriyası: “Neftçi”nin növbəti mərhələdəki rəqibləri bəlli olub

Dünya Qadın Seriyası: “Neftçi”nin növbəti mərhələdəki rəqibləri bəlli olub

42

19-20 iyul tarixlərində Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Bordo mərhələsində iştirak edəcək təmsilçimiz “Neftçi” “C” qrupunda Fransa və Polşa milliləri ilə mübarizə aparacaq.“Neftçi” klubu qrupda ilk oyununu 19 iyul Bakı vaxtı ilə saat 21:35-də Fransa seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Əvvəlki məqaləAbşeronda fermada yanğın olub
Növbəti məqalədəDİM: “İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur”