Ev İdman Azərbaycan klubu portuqaliyalı və braziliyalı futbolçular transfer etdi

Azərbaycan klubu portuqaliyalı və braziliyalı futbolçular transfer etdi

233

Yeni mövsümün hazırlığını Bakıda davam etdirən “Araz-Naxçıvan” heyətini iki legioner futbolçu ilə gücləndirib.

Klubun Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan təmsilçisi portuqaliyalı Nuno Migel Rodriges və braziliyalı Vanderson Kavalkante Melo anlaşıb.Bu gün Azərbaycana gələn 29 yaşlı portuqaliyalı vinger tibbi müayinədən keçib və onunla bir illik müqavilə imzalanıb.29 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi ilə də bir mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Vanderson Kavalkante Melo son olaraq Ukraynada “Çernomorets”in formasını geyinib.

Əvvəlki məqaləAzərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi bir milyard dollar artıb
Növbəti məqalədəAzərbaycan çempionu Xorvatiya millisinin üzvünü transfer etdi