Ev Siyasət Energetika Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edildi

Energetika Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edildi

49

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident.az-ın məlumatında qeyd olunur ki, dəyişikliyə görə, Energetika Nazirliyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna uyğun olaraq, torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinə əsaslandırılmış təkliflər verəcək, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görəcək.

Həmçinin, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirəcək, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verəcək.

Əvvəlki məqaləŞüşə emalı sahəsinin inkişafı layihəsinə 340 min manat güzəştli kredit verilib
Növbəti məqalədəAzərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi bir milyard dollar artıb