Ev Cəmiyyət Dövlət İmtahan Mərkəzi beynəlxalq rus dili imtahanına qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi beynəlxalq rus dili imtahanına qeydiyyat elan edib

61

Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib.

Bu barədə DİM-dən məlumat verilib.Bildirilib ki, imtahan iyulun 27-də keçiriləcək.İmtahana son qeydiyyat tarixi iyulun 25-dir.

Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ – beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib.

Əvvəlki məqaləPenitensiar xidmət və DİN birgə əməliyyat keçiriblər
Növbəti məqalədəAzərbaycanın Fransaya ixracı 57 dəfə artıb