Ev İqtisadiyyat AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarladı

AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarladı

37

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb.

Agentlikdən verilən məlumata görə, 18-19 iyul tarixlərində agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində, İsmayıllı, Masallı və Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

Əvvəlki məqaləABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Növbəti məqalədəAzərbaycan XİN Paşinyana cavab verdi