Biləsuvar rayonunda təbii qazın verilişində fasilə yaranmayacaq.
Bu barədə “Report”a Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.Məlumata əsasən sabah aparılması nəzərdə tutulmuş sınaq işlərinin vaxtının növbəti həftələrə keçirildiyindən təbii qazın verilişində məhdudiyyət olmayacaq.