Ev İdman “Qarabağ”ın rəqibi hücumçu transfer etdi

“Qarabağ”ın rəqibi hücumçu transfer etdi

37

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Rakuv” (Polşa) heyətinə yeni futbolçu qatıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Çenstoxova təmsilçisi Almaniya “Hamburq”undan ayrılan Sonni Kittellə müqavilə imzalayıb. 30 yaşlı hücumçu 3 illik sözləşməyə qol çəkib.

Xatırladaq ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Polşada keçirəcək. Cavab matçı avqustun 2-də Bakıda olacaq.

Əvvəlki məqaləKonfrans Liqası: Azərbaycanlı futbolçu Ermənistan klubuna qarşı oyuna start heyətdə başlayacaq
Növbəti məqalədəŞuşa Qlobal Media Forumunda xarici qonaqlar “yallı” rəqsi oynadılar