Ev Dünya Rusiyanın hərbi sənayesinə və şou-biznesinə sanksiyalar tətbiq edildi

Rusiyanın hərbi sənayesinə və şou-biznesinə sanksiyalar tətbiq edildi

33

Cümə axşamı ABŞ Xəzinədarlığı Rusiya Federasiyasının onlarla fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar siyahısını genişləndirib.

Siyahıya 95 hüquqi şəxs və 14 gəmi əlavə edilib. Sanksiyaların genişləndirilməsi tədqiqat institutlarına, müdafiə sənayesi müəssisələrinə, banklara və özəl şirkətlərə də təsir edib. Yeni məhdudiyyətlər nazir müavinlərinə, “Kurqanpribor” ASC-yə, Klimovski Patron Zavodu, “Astrofizika” Lazer Sistemləri və Kompleksləri Mərkəzinə qarşı tətbiq edilib.Həmçinin, ABŞ-nin yeni sanksiyaları Rusiya hərbi-sənaye kompleksi ilə yanaşı, metallurgiya, mədənçıxarma və energetika sektorlarına qarşı yönəlib.

Kanada isə Rusiya Mədəniyyət Nazirliyi, həmçinin Elm və Ali Təhsil Nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Müvafiq olaraq, bu qurumların rəhbəri Olqa Lyubimova və Valeri Falkov da məhdudiyyətlərlə üzləşiblər.

Bununla yanaşı, Şimali Amerika ölkəsi Nikita Mixalkov, Filip Kirkorov, Şaman, Timati, İosif Priqojin və Valeriya kimi rusiyalı məşhurlara qarşı da sanksiyalar tətbiq edib.

Əvvəlki məqaləQazimiz ABŞ-dəki universitetə qəbul oldu
Növbəti məqalədəABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır