Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.Bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.Məlumatda qeyd olunur ki, estoniyalı diplomatın mandatı daha bir il – 2024-cü il avqustun 31-nə qədər uzadılıb.
Qeyd edək ki, Toivo Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi təyin edilib. Onun vəzifəsi regiondakı problemlərin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan arasında regional əməkdaşlığı təşviq etməkdir.