Ev İdman Musa Qurbanlı: “Özümü “Yurqorden”də yeni oyunçu kimi hiss etmirəm”

Musa Qurbanlı: “Özümü “Yurqorden”də yeni oyunçu kimi hiss etmirəm”

47

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı yeni komandasına uyğunlaşıb.

Bu barədə gənc forvard özü açıqlamasında bildirib:

“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm. Artıq bura uğyunlaşmışam. Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır”,Azərbaycan millisinin üzvü “Yurqarden” azarkeşlərinin ona qarşı münasibətindən razılığını ifadə edib:

“Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.Qeyd edək ki, Musa Qurbanlı bir müddət əvvəl “Qarabağ”dan “Yurqorden”ə keçib. Onun iyulun 22-də İsveç çempionatının XVI turunda “Elfsborq”la görüşdə komandasının heyətində debüt etməsi gözlənilir.

Əvvəlki məqaləƏsgər Abdullayev: “Öz işimə davam etmək qərarına gəldim”
Növbəti məqalədəDünya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına xüsusi maraq göstərir