Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, ABŞ-nin “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalı Şuşa Qlobal Media Forumunun keçirilməsinin əsas məqsədi, Prezident İlham Əliyevin tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edib. Məqalələrdə bildirilib ki, Forum 4-cü Sənaye İnqilabının media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında əsas mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyətini vurğulayaraq deyib:“Qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi ilə media mənzərəsi sürətlə inkişaf edir. Bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən təsəvvür edilməsinə təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açıb”.