Ev İdman İranlı boks çempionu edam təhlükəsi ilə üzləşib

İranlı boks çempionu edam təhlükəsi ilə üzləşib

66

2019-cu ilin oktyabr etirazlarının iştirakçılarından olan boks üzrə İran çempionu 27 yaşlı Məhəmməd Cavad Vəfayi Sani barədə edam hökmü icra edilə bilər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.Məlumata görə, Məşhəd şəhərində keçirilən etiraz aksiyalarından sonra həbs edilən boksçu, edam hökmünün icrası üçün təkadamlıq kameraya yerləşdirilib.

Qeyd edək ki, bu edam hökmü ilə bağlı 85 tanınmış şəxs, hüquq müdafiəçisi və Nobel mükafatı laureatı məhkəməyə məktub ünvanlayaraq, qərarın ləğvini istəyib.

Əvvəlki məqaləAzərbaycanın 4 boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb
Növbəti məqalədəQırğızıstanlı media eksperti: “Uğur qazanan ilk Şuşa olacaq”