Ev Dünya Ukrayna-NATO Şurasının iclası çağırıldı

Ukrayna-NATO Şurasının iclası çağırıldı

169

“NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb”.Bunu alyansın nümayəndəsi Oan Lunqesku bildirib.

“Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər”, – o deyib.

Lunqesku həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

Əvvəlki məqaləHacıqabulda iki yük maşını toqquşdu: Xəsarət alan var
Növbəti məqalədəDövlət Mahnı Teatrında yeni musiqili tamaşa nümayiş olunub