Norveçin Rödts (“Qırmızılar”) partiyasının lideri Björnar Moksnes “Gardemoyen” hava limanındakı mağazadan bir cüt günəş eynəyi oğurladığı üçün istefa verib.
Oğurluq hadisəsi ötən ay baş verib. Görüntüləri mağazadakı müşahidə kamerası qeydə alıb.Sonradan məlum olub ki, o, bu əməlinə görə 3000 kron (312 dollar) məbləğində cərimələnib.
Moksnes oğurluğa görə üzr istəyib və partiya rəhbərliyindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, siyasətçi 11 il partiyaya rəhbərlik edib. “Qırmızılar” 2021-ci il parlament seçkilərində səkkiz mandat qazanıblar.