Ev Hərbi Müdafiə Nazirliyinin rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib

Müdafiə Nazirliyinin rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib

45

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirliyin rəhbər heyəti sərgidə “ASELSAN”, “ROKETSAN”, “DEARSAN” və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə də görüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.

Əvvəlki məqaləİcma: “Paşinyanın Ermənistanın etnik təmizləməsinə haqq qazandırması qəbuledilməzdir”
Növbəti məqalədə“Azərişıq” azad olunan ərazilərdəki abonentlərinin sayını açıqlayıb