“Neftçi” İdman Klubu Futbol Akademiyası”nın infrastrukturunun təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.R.Nəcəf qeyd edib ki, ümumi strategiya formalaşdırılıb və yeni idarəetmə sistemi qurulub:
“Bu prosesdə bir neçə bacarıqlı məşqçi ilə görüşlər keçirdik. Bizim seçimimizdə əsas meyar “Neftçi”nin qarşısına qoyduğu əsas hədəfləri anlayan, məqsədlərimizə çatmaqda daim bizimlə olmağa hazır peşəkar məşqçini müəyyənləşdirməkdir”.