Ev İdman “Əl-Hilal” Verratti ilə müqaviləni razılaşdırıb

“Əl-Hilal” Verratti ilə müqaviləni razılaşdırıb

43

“Əl-Hilal” Marko Verratti ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.İnsayder Fabrisio Romanonun sözlərinə görə, Səudiyyə klubu PSJ-nin yarımmüdafiəçisi ilə üç il müddətinə saziş imzalamağı düşünür.

Hazırda yekun nəticə “Əl-Hilal”dan 30 milyon avroluq təklifi qəbul etmək niyyətində olmayan PSJ-nin prezidenti Nasser əl-Xəlaifidən asılıdır. O, futbolçu üçün 80 milyon istəyir.

Tezliklə səudiyyəlilərin rəsmi cavabı açıqlayacaqları gözlənilir.Bildirilir ki, Səudiyyə Ərəbistanında yarımmüdafiəçi ildə 20 milyon avro alacaq.

Əvvəlki məqalə“Turan Tovuz” Tanzaniya klubuna qalib gəlib
Növbəti məqalədəQəbələdə iki avtomobil toqquşdu: Xəsarət alan şəxslərin kimlikləri AÇIQLANDI