Ev Dünya İndoneziyada Merapi vulkanı püskürüb

İndoneziyada Merapi vulkanı püskürüb

50

İndoneziyanın Yava adasında Merapi vulkanı püskürüb.

Məlumata görə, lava axınları kraterdən demək olar ki, iki kilometr məsafəyə yayılıb.Merapiyə nəzarət edən elmi stansiyanın əməkdaşı vulkanın ağzından 350 metr hündürlüyə qədər tüstü qalxdığını bildirib.

Yerli sakinlərə yeddi kilometrlik mühafizə zonasına daxil olmamaq, həmçinin dağ çaylarından uzaq durmaq tövsiyə olunur. Lava axınları və isti kül buludları potensial təhlükə yaradır.

Əvvəlki məqaləElmar Baxşıyev: “Omoniya” yaxşı komandadır, amma bizi öz oyunumuz maraqlandırır”
Növbəti məqalədəAzərbaycan 200 gənci “KAAN” layihəsində iştirak etmək üçün Türkiyəyə göndərəcək