Ev Hərbi MN-dən yüksək rütbəli hərbi qulluqçuların vəzifədən azad edilməsi iddialarına REAKSİYA

MN-dən yüksək rütbəli hərbi qulluqçuların vəzifədən azad edilməsi iddialarına REAKSİYA

41

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli üç nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır.

“Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır. Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik”, – nazirlikdən bildirilib.

Əvvəlki məqaləAQTA-dan “Kırlangıc” qarğıdalı yağlarının təhlükəsizliyi ilə bağlı AÇIQLAMA
Növbəti məqalədəİqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirildi