Ev İdman “Qalatasaray” İkardinin transferini açıqladı

“Qalatasaray” İkardinin transferini açıqladı

102

Türkiyənin “Qalatasaray” klubu PSJ ilə argentinalı hücumçu Mauro İkardinin keçidi üzrə danışıqlara başladığını rəsmən açıqlayıb.

Türkiyə mətbuatının məlumatına görə, hücumçu ilə İstanbul klubu arasında üç illik müqavilə imzalanacaq.Bildirilir ki, İkardinin transferi “Cim-bom”a 26 milyon avroya başa gələcək.

Bu vəsaitin 10 milyon avroluq hissəsi Fransa klubuna ödəniləcək. İkardinin özü isə illik 5.3 milyon avro məvacib alacaq.

Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında “sarı-qırmızılar”ın heyətində keçirib.

Əvvəlki məqaləPrezident İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin etdi
Növbəti məqalədəAvrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başladı