Qazaxıstan hökuməti elektron siqaretlərin satışına və ölkəyə idxalına qadağa qoyub.
Qazaxıstan parlamentinin deputatı Nurgül Taunun sözlərinə görə, ötən gün qanunverici orqanın idarələrarası komissiyanın üzvləri demək olar ki, yekdilliklə qadağanın lehinə səs veriblər.
“Elektron siqaretlərin zərəri danılmazdır. Məhz buna görə də ölkənin Səhiyyə Nazirliyi 2021-ci ildən bəri elektron siqaretlərin dövriyyəsinə qadağanın qoyulması məsələsini kəskin şəkildə gündəmə gətirirdi” – deyə Nurgül Tau vurğulayıb.