Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın Rizin təşkilatının yüngül çəkidə yeni çempionu olub.
Onun yapon döyüşçüsü Mikuru Asakuranı boğaraq təslim olmağa məcbur etməsi 2 dəqiqə 40 saniyə çəkib.Vüqar Kərəmov Tofiq Musayevdən sonra Yaponiya təşkilatının ikinci azərbaycanlı çempionu olub.