Ev İdman “Beşiktaş” “Milan”ın hücumçusunu transfer etdi

“Beşiktaş” “Milan”ın hücumçusunu transfer etdi

41

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.İstanbul təmsilçisi Xorvatiya millisinin və İtaliya “Milan”ının hücumçusu Ante Rebiçi transfer edib. Məlumatı klubun saytı yayıb.

“Beşiktaş” 29 yaşlı oyunçunun keçidi üçün Milan təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Qeyd edək ki, 2019-cu ildən “Milan”da çıxış edən Ante Rebiç ötən mövsüm “qırmızı-qaralar”ın heyətində 31 oyun keçirib, üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəlki məqaləFIDE reytinqi: Şəhriyar Məmmədyarov bir pillə irəliləyib
Növbəti məqalədəİcma: “Təzyiq və təqiblərə baxmayaraq, Qərbi azərbaycanlılar öz dillərini qoruyub-saxlayıblar”