Gələn il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 51,7 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.Sənəddə deyilir ki, bu da, bu ilin faktiki daxilolmaları nəzərə alınmaqla xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisində reallaşacaq.
Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi fondun aktivlərinin xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi ilə müqayisədə təqribən 0,7 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur.Belə ki, 1 yanvar 2024-cü il tarixinə fondun aktivləri xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisinə nəzərən 40 ABŞ dolları ssenarisində 1,4 milyard ABŞ dolları az olmaqla 50,3 milyard ABŞ dolları, 80 ABŞ dolları ssenarisində isə 1,4 milyard ABŞ dolları çox olmaqla 53,1 milyard ABŞ dolları gözlənilir.